REGİONLAR
Sosial aksiya: “Gözlərə nur verək”
Gəncə, 19 iyul, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında "Gözlərə nur verək" şüarı altında sosial aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sağlamlıq aksiyasında 200-ə yaxın Gədəbəy rayon sakini mərkəzin xarici ölkələrdə ixtisaslaşan təcrübəli həkimləri tərəfindən müayinə edilib. Müayinələr tibb elminin ən son texnologiyalarına əsaslanan avadanlıqlar vasitəsilə aparılıb. Gözdə aşkar olunan xəstəliklərin dəqiq diaqnozu müəyyən olunub və ona uyğun müalicə təyin edilib. 30-a yaxın xəstənin gözündə əməliyyat aparılıb.
Müraciət edənlər arasında daha çox katarakta, paderiqum və revraksiyaya aid patoloji xəstəliklər üstünlük təşkil edib.
Qeyd edək ki, sağlamlıq aksiyasının hər ay keçirilməsi nəzərdə tutulur.