Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi modelini yaradan Naxçıvan daha böyük nailiyyətlərə doğru inamla irəliləyir

Naxçıvan, 13 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi modelini formalaşdırıb. İnkişafın Naxçıvan modeli sayəsində muxtar respublikamız 24 ildir blokada vəziyyətində yaşamağına baxmayaraq, gündən-günə daha sürətlə inkişaf edən bir diyara çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi isə Naxçıvanı daha böyük nailiyyətlərə doğru aparır. Ötən ay biz bunun bir daha şahidi olduq.

Oktyabr ayı həm də Azərbaycanda cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində növbəti əhəmiyyətli ictimai-siyasi hadisə olan parlament seçkiləri ərəfəsi idi. Azərbaycan Respublikasının Milli Məclisi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər ərəfəsində hazırlıq işlərinin yüksək səviyyədə aparılması muxtar respublikamızda demokratiyanın inkişafının sosial-iqtisadi inkişafla paralel şəkildə getdiyini bir daha göstərdi. Muxtar respublikamızda kişilərlə yanaşı, qadınların da bu prosesdə fəal iştirak etməsi ictimai-siyasi proseslərdə onların rolunun artması ilə izah edilir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də məhz ondan ibarətdir ki, qadınlar dövlət quruculuğunda, ictimai-siyasi həyatda yaxından iştirak edərək daha da fəallaşsınlar, Naxçıvanın sosial-iqtisadi, elmi və mədəni inkişafına öz töhfələrini versinlər. Bu mənada, oktyabrın 5-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda sərginin təşkil edilməsi böyük əhəmiyyət kəsb edir.

Həmin tədbirin əhəmiyyətini artıran digər bir məqam isə günümüzün ən aktual məsələlərindən biridir. Bu barədə danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Muxtar respublika qadınları müstəqillik illərində” sərgisinin milli dəyərlərimizə həsr olunması onun əhəmiyyətini daha da artırır. Hər bir xalqın milli dəyəri onun milli kimlik pasportudur. Ona görə də milli dəyərlərin qorunub-saxlanılması və yaşadılması vacib məsələdir. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu milli dəyərlərin yaşadılması, milli-mədəni irsə qayıdış siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da milli dəyərlərin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Qadınların əl işlərindən ibarət sərginin təşkili də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır”.

Bu gün muxtar respublikamızda xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşadan qadınlara daim diqqət göstərilir. Gənc qızların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün xalçaçı, keçəçi, dərzi, ağac üzərində oyma və sair peşə kursları təşkil olunur. Təsadüfi deyil ki, 2012-ci ildə “Milli dəyərlər ili” ilə əlaqədar 71 istedadlı qadının 428, 2014-cü ildə “Muxtariyyət ili” ilə əlaqədar 157 istedadlı qadının 343 rəsm və əl işi sərgi-satışlara çıxarılıb. Həmçinin 2014-cü ildə və bu ilin ötən dövründə 150-dən çox istedadlı qadının 400-dən artıq rəsm və əl işinin satışı təşkil olunub. Ötən ay qadınların əl işlərindən ibarət növbəti sərginin keçirilməsi də qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi, Naxçıvanın qədim tarixini və müasir inkişafını ilmələrə, tablolara köçürməklə qorumaq və yaşatmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Son illər ərzində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində bu gün qədim Naxçıvanın bütün şəhər, qəsəbə və kəndləri müasir yaşayış məntəqələrinə çevrilib. Muxtar respublikanın ucqar dağ kəndlərində də möhtəşəm quruculuq işləri aparılır. Bu işlər sırasında ən çox diqqəti cəlb edən kəndlərin abadlaşdırılması istiqamətində görülən kompleks tədbirlərdir. Sistemli və düşünülmüş şəkildə aparılan işlərin əsas məqsədi kənd sakinlərinin rahat, firavan yaşayışını təmin etməkdir.

Bu gün muxtar respublikanın kəndlərində təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında yeni məktəb binaları istifadəyə verilir, şagirdlərin müasir dövrün tələbləri səviyyəsində təhsil almaları üçün hər cür şərait yaradılır. Gənc və yeniyetmələrin təhsili üçün yaradılan bu şərait çox böyük strateji məqsədlərə xidmət edir. Hər birimiz bilirik ki, insan kapitalının formalaşmasında təhsilin xüsusi rolu vardır. Təhsil olmadan savadlı, hərtərəfli inkişaf etmiş gənclik yetişdirmək mümkün deyil. Məhz bu səbəbdən muxtar respublikada təhsilin davamlı inkişafı ilə bağlı tədbirlər görülür, məktəb binaları müasir tədrisin tələblərinə uyğun qurulur, informasiya texnologiyaları ilə təminat diqqət mərkəzində saxlanılır. Oktyabrın 6-da və 21-də Şərur rayonunun Kürçülü və Yuxarı Yaycı kəndlərində, oktyabrın 12-də isə Ordubad rayonunun Tivi kəndində istifadəyə verilən yeni məktəb binalarında da maddi-texniki təminata xüsusi diqqət yetirilib.

Kürçülü, Yuxarı Yaycı və Tivi kəndlərində hərtərəfli şəraiti olan məktəb binalarının istifadəyə verilməsi ölkəmizdə təhsilin inkişafına və gənclərin hərtərəfli formalaşmasına göstərilən qayğının nəticəsidir. Kənd məktəblərində yaradılan şərait şagirdlərin yaxşı təhsil almasına, vətənpərvər ruhda böyüməsinə geniş imkanlar açıb. Həmin məktəblərdəki müəllimlərimiz də müasir tədris vasitələrindən istifadə etməklə kənddə təhsilin səviyyəsini daha da yüksəldə bilərlər.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən nümunəvi və ən gözəl layihələrdən biri də kənd mərkəzləri layihəsidir. Muxtar respublikanın kəndlərində inşa olunan kənd mərkəzləri sakinlərin rahat, firavan yaşayışını təmin etmək məqsədi daşıyır. Belə ki, məzmun və mahiyyətcə yeni obyektlər olan kənd mərkəzləri yaradılmazdan əvvəl kəndlərdə fəaliyyət göstərən ayrı-ayrı dövlət qurumları müxtəlif yerlərdə, köhnə, uyğunlaşdırılmış binalarda yerləşirdi. Əhalisi çox olan kəndlərdə mövcud vəziyyət insanları çətinliyə salırdı. Sakinlər müəyyən yerli məsələlərin həlli üçün xeyli vaxt sərf etməli olurdular. Kənd mərkəzləri yaradıldıqdan sonra vəziyyət müsbətə doğru dəyişdi: bütün yerli dövlət qurumlarının hamısı bir mərkəzdə yerləşdirildi, fəaliyyətlərinin səmərəli təşkili üçün şərait yaradıldı. İndi bir binaya üz tutmaqla bir neçə məsələni yerindəcə həll etmək mümkündür. Ötən ay Şərur rayonunun Kürçülü və Yuxarı Yaycı kəndlərində, eyni zamanda Ordubad rayonunun Tivi kəndində istifadəyə verilən kənd mərkəzləri də bu məqsədlərə xidmət edir.

Onu da deyək ki, Yuxarı Yaycı kəndi dəniz səviyyəsindən 1500 metr, Tivi kəndi isə 1600 metr yüksəklikdə yerləşir. Həmin kəndlərdə müasir infrastrukturun yaradılması insanların rahat yaşamasına, məskunlaşmanın artmasına şərait yaradır. Artıq adıçəkilən dağ kəndlərində yaşayan insanlar saatlarla vaxt itirib rayon mərkəzlərinə getmirlər. Bu problem birmənalı şəkildə həllini tapıb. Həlli mümkün olan bütün məsələlər kənd mərkəzlərində cəmləşmiş təşkilatlar tərəfindən yoluna qoyulur. Bununla həm insanların rahatlığı təmin olunur, həm də işin keyfiyyəti yüksəlir.

Bütün bunlar ölkəmizdəki sabitliyin, əmin-amanlığın, hakimiyyətlə xalq arasında sıx birliyin nəticəsində mümkün olur. Muxtar respublikamızda dövlət qayğısı ilə əhatə olunan insanlar daha əzmlə çalışaraq inkişaf, yüksəliş proseslərinin fəal iştirakçılarına çevrilirlər. İnsanlar şəhərlərimizdə, kəndlərimizdə aparılan quruculuq işlərini ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin bəhrələri kimi dəyərləndirir, daim bu siyasi xəttə sadiqlik nümayiş etdirirlər. Nəticədə, dövlət-cəmiyyət birliyi muxtar respublikamızı daha böyük uğurlara aparır.

Muxtar respublikada əhalinin sağlamlığının qorunması üçün kəndlərdə müasir tibb məntəqələri yaradılır, həkim ambulatoriyaları tikilib istifadəyə verilir. Ötən ay Kürçülü və Yuxarı Yaycı kəndlərində feldşer-mama məntəqələrinin fəaliyyəti üçün yaradılan şərait, Tivi kəndində isə həkim ambulatoriyası üçün yeni binanın istifadəyə verilməsi həyata keçirilən səhiyyə quruculuğunun tərkib hissəsidir.

Bu gün Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də müasir binaların inşa olunması, abad yolların istifadəyə verilməsi sürətli iqtisadi inkişafın bariz nümunəsidir. Adıçəkilən kəndlərdə bu istiqamətdə kompleks işlər görülüb, asfalt yol salınıb. Artıq insanların rahat gediş-gəlişi üçün heç bir problem qalmayıb. Aparılan tikinti-quruculuq işləri zamanı kəndlərin rabitə, içməli su, elektrik və təbii qaz təchizatı da yaxşılaşdırılıb. Görülən genişmiqyaslı işlər kənd sakinlərinin torpağa bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırır, insanların firavan yaşayışını təmin edir. Çünki hər bir yaşayış məntəqəsinin, xüsusilə kəndlərin inkişafı davamlı olarkən insanlar da rahat və firavan yaşayırlar. Bu gün muxtar respublikanın kəndlərinə, şəhərlərinə nəzər salarkən inkişafın, müasirliyin və rahat yaşayışın şahidi oluruq. Artıq kəndlərdə şəhər rahatlığı yaradılıb.

Muxtar respublikamızda dini-mənəvi dəyərlərimizə də xüsusi qayğı göstərilir, islami dəyərlərə hörmət və ehtiramla yanaşılır. Şəhər və kəndlərdə yeni məscid binaları tikilərək istifadəyə verilir. Oktyabrın 6-da Şərur rayonunun abad yaşayış məntəqələrindən biri olan Kürkənddə məscid binası istifadəyə verilib.

Naxçıvanda mədəniyyətin və incəsənətin inkişafına da xüsusi diqqət göstərilir. Hər il yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tikilərək istifadəyə verilir. Oktyabrın 26-da Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Açılış tədbirindən sonra məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: “Hər bir xalqın qədimliyi, kimliyi həm də onun milli musiqisində yaşayır. Azərbaycan xalqının min illər ərzində formalaşan qədim musiqi mədəniyyəti vardır. Muğamlarımız, aşıq sənəti, yallılarımız milli musiqimizin tarixindən xəbər verir. “Gəmiqaya” abidələrindəki təsvirlər xalqımızın qədim sənətkarlıq mədəniyyətinin izlərini yaşadırsa, yallılarımız isə min illər ərzində formalaşan milli musiqi sənətimiz haqqında məlumat verir. Bu gün musiqi məktəblərində tədrisin nümunəvi təşkili milli musiqimizin şagirdlərə hərtərəfli öyrədilməsindən başlayır. Pedaqoji kollektiv tədris zamanı milli musiqi mədəniyyətimizin təbliğini üstün istiqamət kimi götürməli, muğamlarımız, aşıq sənəti, yallı və xalq mahnılarımız şagirdlərə ətraflı öyrədilməlidir”.

Muxtar respublikada elm, mədəniyyət xadimlərinin, görkəmli şəxsiyyətlərin xalqa və ictimaiyyətə qaytarılması, adlarının əbədiləşdirilməsi, tədqiqatların aparılması, əsərlərinin nəşr etdirilməsi, yubileylərinin keçirilməsi ilə əlaqədar imzalanan sərəncamlar və görülən tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi şəxsiyyətlərə, yaradıcı şəxslərə və ziyalılara göstərdiyi qayğının əyani ifadəsidir. Həmin tədbirlərin davamı olaraq, oktyabrın 17-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli dövlət xadimi və ədib Nəriman Nərimanovun anadan olmasının 145-ci ildönümü qeyd olunub.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında bu gün daim inkişaf edən iqtisadi-ticarət münasibətləri mövcuddur. Əlaqələrin inkişafında İranın Araz Azad Ticarət və Sənaye Zonası xüsusi rol oynayır. Oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbaği ilə görüşündə də bu məsələlər müzakirə olunub.

İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti də Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə ilə görüşüb. Əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və birgə səylərin vacibliyini vurğulayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan Vilayəti arasında əlaqələrin bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib.

Azərbaycanın sürətlə inkişaf edən qədim Naxçıvan diyarı türkdilli ölkələr üçün də mühüm əhəmiyyət daşıyır. Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovla görüşüb. Ali Məclisin Sədri Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibinin Naxçıvana səfərinin əhəmiyyətindən danışıb. Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşü zamanı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin imzalandığını və Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinə dəstək verildiyini xatırladan Ali Məclisin Sədri türkdilli ölkələr arasında əlaqələrin inkişafında Naxçıvanın rolunu diqqətə çatdırıb.

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tədbirdə çıxış edərək müstəqillik bayramı – Cümhuriyyət elan edilməsi münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib, inkişaf və tərəqqi arzulayıb.

Ötən ayın yekunları göstərir ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, əməksevər, vətənpərvər, sədaqətli naxçıvanlıların fəaliyyəti nəticəsində muxtar respublikada bütün sahələr inkişaf etdirilir, yeni infrastruktur layihələri həyata keçirilir, regional cazibə mərkəzinə çevrilən qədim diyara olan beynəlxalq maraq daha da artır.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib