ELM VƏ TEXNOLOGİYA


Sosial şəbəkələrdə ünsiyyət emosional vəziyyəti sabitləşdirir

A+ A

Bakı, 13 sentyabr, AZƏRTAC

İnsanların sosial şəbəkələrdə ünsiyyəti onların emosional vəziyyətini sabitləşdirir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın  Karneqi Mellon Universitetinin tədqiqatçıları insan psixikasını öyrənərkən bu qənaətə gəliblər. Alimlər müxtəlif ölkələrdə yaşayan təxminən iki min könüllünü müşahidə ediblər. Eksperiment zamanı insanlar “Facebook” sosial şəbəkəsindən fəal istifadə ediblər. Nəticədə məlum olub ki, sosial şəbəkələrdə fəallıq tənhalıq hissini aradan qaldırır və insanların müəyyən qruplarda iştirakına şərait yaradır. Sosial şəbəkələrdə ünsiyyət onlarda müsbət emosiyalar yaradır və real həyatda baş verən hadisələrdən xəbərdar edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.