CƏMİYYƏT
“Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” adlı təlimə start verilib
Bakı, 28 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) “Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” adlı təlimə start verib.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, təlimin məqsədi paytaxt gənclərinin şəbəkələşməsi, gənclərin informasiya texnologiyaları sahəsinə marağının artırılması, sosial şəbəkələrdən düzgün istifadənin təbliğ olunmasıdır.
Təlim çərçivəsində sosial şəbəkələrdən istifadə haqqında videoçarx hazırlanıb. Həmçinin Azərbaycanın şəhər və rayonlarında sosial şəbəkələrin yaratdığı imkanlar, dünya təcrübəsində sosial şəbəkələrdən istifadə və s. mövzularda təlimlər təşkil ediləcək.
Daha sonra fəal gənclərin iştirakı ilə “Facebook” və “Twitter”də bir sıra kampaniyalar həyata keçirilib.