Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

1. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 9, maddə 221, № 17, maddə 736; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 1999, № 1, maddə 8; 2001, № 11, maddə 683; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 16) 18-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 12, maddə 445; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 687, № 12, maddə 736; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 691; 2007, № 5, maddə 401) 6-cı maddəsinin 2-ci hissəsinin yeddinci abzasında “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

3. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 6, № 3, maddə 226, № 4, maddə 280; 2000, № 7, maddə 489; 2001, № 11, maddə 686, № 12, maddə 736; 2002, № 5, maddələr 241, 248; 2003, № 1, maddələr 1, 16, № 12, I kitab, maddə 673; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 49, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1283; 2014, № 4, maddə 333, № 10, maddə 1156; 2016, № 12, maddə 2014) 7-ci maddəsinin 1-ci hissəsinin altıncı abzasında “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilsin.

4. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 213; 1995, № 9, maddə 177, № 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 16, № 2, maddə 66; 1999, № 5, maddə 283, № 7, maddə 395; 2001, № 12, maddə 731; 2004, № 4, maddələr 199, 202, № 7, maddə 505; 2005, № 8, maddə 684; 2006, № 4, maddə 315; 2007, № 5, maddə 401, № 11, maddə 1078; 2013, № 3, maddə 221; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 558-VQD nömrəli Qanunu) 21-ci maddəsinin birinci hissəsində “Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin