DÜNYA


Sotheby's hərracında satılan “Çəhrayı ulduz” brilyantı dünya rekordu müəyyənləşdirib

Bakı, 4 aprel, AZƏRTAC

Aprelin 4-də Honkonqda Sotheby's hərracında 59,6 karatlıq “Çəhrayı ulduz” (The Pink Star) brilyantı 71,2 milyon dollara satılaraq qiymətli daşların yeni qiymət rekordunu müəyyənləşdirib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, qiymətli daş kapitalına görə dünyanın ən iri zinət mağazaları şəbəkəsi olan “Chow Tai Fook Jewellery Group” tərəfindən alınıb.

“Çəhrayı ulduz” dünyanın ən böyük mükəmməl fantaziyaya malik çəhrayı brilyantıdır. Hərraca qədər onun dəyəri 60 milyon dollardan yuxarı qiymətləndirilirdi.

1999-cu ildə tapılan almazın ilkin çəkisi 132,5 karat təşkil edirdi. Cilalanma zamanı brilyanta oval forma verilib. 2013-cü ildə Sotheby's 83 milyon dollarlıq təklif alaraq onu satmağa çalışsa da, sonradan müştəri pulu ödəyə bilmədiyi üçün sövdələşmə pozulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.