İDMAN
Şotlandiyalı yarımmüdafiəçi "Qəbələ"də
Bakı, 28 iyun, AZƏRTAC
2017/2018-ci il mövsümünə hazırlığı Avstriyada davam etdirən "Qəbələ" klubu heyətinə daha bir futbolçu qatıb. Bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz və hollandiyalı Dion Malonenin transferini gerçəkləşdirən "qırmızı-qaralar" daha bir legionerlə anlaşıblar.
AZƏRTAC kluba istinadla xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi Endryu Uilyam Hallidey icarə əsasında 1 il komandamızın heyətində çıxış edəcək.
Endi Hallidey kimi tanınan 26 yaşlı şotlandiyalı "Ross Kaunti", "Reyncers" və "Livinqston" klublarının yeniyetmə komandalarında çıxış edib. Peşəkar karyerasına 2008-ci ildə başlayan Hallidey Şotlandiyada "Livinqston" (2008-2010), İngiltərədə "Midlsbro" (2010-2015), icarə əsasında "Uolsoll" (2011-2012), "Blekpul" (2014) və "Bredford" (2014-2015) klublarında çıxış edib. 2015-ci ildə "Reyncers"ə keçən Endi son iki mövsümü bu komandanın formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]