DÜNYA
Şotlandiyanın birinci naziri ölkəsinin müstəqilliyə səs verəcəyinə inanır
Bakı, 13 mart, AZƏRTAC
Şotlandiyanın birinci naziri Nikola Stercen ikinci referendumun gedişində ölkəsinin müstəqilliyə səs verə biləcəyinə inandığını deyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, xanım nazir gələn həftə müstəqilliyə dair ikinci referendumun keçirilməsi məsələsini Şotlandiya parlamenti ilə razılaşdırmaq niyyətindədir. Əgər razılaşma əldə olunarsa, referendum 2018-ci ilin payızı ilə 2019-cu ilin baharı arasında, yəni Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxma proseduru bitənə qədər baş tutacaq.
Stercenin sözlərinə görə, həmin vaxtadək artıq “Brexit”in şərtləri bilinəcək və bu şərtlər Şotlandiyanın maraqlarına zidd olsa, region yeni referendum keçirəcək.
Xatırladaq ki, Şotlandiyada 2014-cü ilin sentyabrında keçirilən referendumun gedişində əhalinin 55,3 faizi ölkənin Birləşmiş Krallığın tərkibindən çıxmasının əleyhinə səs verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]