DÜNYA


Şotlandiyanın neft gəlirləri 1,2 milyard funt sterlinq azalıb

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Şotlandiyanın Şimal dənizi neftindən əldə etdiyi vergi gəlirləri 1,2 milyard funt sterlinq azalıb. Buna səbəb isə ucuzlaşan neft qiymətləridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Şotlandiya Regional Hökuməti Xərclər və Gəlirlər İdarəsinin (GERS) məlumatında deyilir. Belə ki, Şotlandiyanın Şimal dənizi neftindən əldə etdiyi vergi gəlirləri 2014-2015-ci maliyyə ilində 1,8 milyard funt sterlinq səviyyəsində reallaşıb. 2015-2016-cı maliyyə ilində isə bu rəqəm 60 milyon funt sterlinqə düşüb. Bu da öz növbəsində ictimai xərclərdə büdcə kəsirinin artmasına səbəb olub.

GERS-in məlumatına görə, Şotlandiya 2015-2016-cı maliyyə ilini əhatə edən dövrdə 53,7 milyard funt sterlinq vergi gəliri əldə edib. Lakin hökumətin təxminən 68,6 milyard funt sterlinq səviyyəsində ictimai xərcləmələri olub. Bu da təxminən 14,9 milyard funt sterlinq həcmində büdcə kəsirinin yaranması deməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.