Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sovetski” adlanan ərazinin sakinləri Prezident İlham Əliyevə məktubla müraciət ediblər

Bakı, 17 aprel, AZƏRTAC

Bakının “Sovetski” adlanan ərazisinin sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubla müraciət ediblər. Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident.

Biz, Bakı şəhərinin keçmiş “Sovetski” adlanan məhəlləsinin bir qrup sakini Sizi dərin ehtiramla salamlayır, Zati-alinizə ən xoş arzularımızı yetiririk.

Nəzər-diqqətinizə çatdırmaq istərdik ki, Zati-alinizin Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi işinin dayandırılması və bunun ətrafında yaranan vəziyyəti araşdırmaq üçün komissiya yaradılması ilə bağlı tapşırıq verməsi dindarlar tərəfindən minnətdarlıqla qarşılandı. Göstərişinizlə yaradılan komissiyanın üzvləri bizimlə görüş zamanı bildirdilər ki, Sizin verəcəyiniz qərara uyğun olaraq məscid ya bərpa olunacaq, ya da ona yaxın ərazidə yenisi inşa ediləcək.

Zati-aliləri, diqqətinizə görə Sizə dərin təşəkkürlərimizi bildirir və Hacı Cavad məscidi ilə bağlı verəcəyiniz qərarın hər zamankı kimi, müdrik, humanist və xalqımız üçün xeyirlərə vəsilə olacağına əminliyimizi ifadə edirik.

Ali diqqətinizə çatdırmaq istərdik ki, Hacı Cavad məscidinin ibadət əhli hər zaman dövlətçiliyimizə sədaqətli, qanunlarımıza hörmət edən insanlardır. Birmənalı şəkildə bildiririk ki, Hacı Cavad məscidi ilə bağlı məsələdə qarşıdurma yaratmaq istəyənlər məscidimizdə namaz qılan, ibadət edən məhəllə sakinləri sırasından deyil. Bu, Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilməsi ərəfəsində müqəddəs dini dəyərlərimizə böyük ehtiramla həyata keçirilən misilsiz işlərə kölgə salmaq niyyətində olan daxili və xarici dairələrin təxribatından başqa bir şey deyildir. Müstəqil dövlətimizin uğurlarını gözü götürməyən bədxah dairələrin cidd-cəhdləri heç zaman bəhrə verməz, inşallah!

Biz, dindarlar Azərbaycanda, o cümlədən paytaxtımız Bakı şəhərində gedən genişmiqyaslı tikinti, yenidənqurma işlərini xalqımızın rifahı və daha rahat, müasir dövrün tələblərinə cavab verən səviyyədə yaşayışına xidmət edən tədbirlər kimi yüksək dəyərləndirir, nəfis şəkildə inşa olunan, böyük qayğı və məhəbbətlə bərpa edilən dini ibadət məkanlarına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ümummilli liderimiz Heydər Əliyevin Bibiheybətdən başlatdığı mənəvi dəyərlərin dirçəldilməsi missiyasını ləyaqətlə davam etdirən Zati-alinizə, həmçinin dini-mənəvi abidələrə himayəsini əsirgəməyən ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya dindarların dərin minnətdarlıqlarını və ehtiramlarını yetiririk.

Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi, siyasi sahədə uğurlarımız, mənəvi liderliyimiz hər bir azərbaycanlı kimi bizim üçün olduqca dəyərlidir. Azərbaycan xalqının tarixi, milli-mədəni, dini-mənəvi irsinin dirçəlişinə göstərdiyiniz diqqət, maddi və mədəni yardım Uca Allaha xoş gedən məqamlardandır. Ölkəmizin hər yerində gedən quruculuq işlərinin miqyası və yüksək səviyyəsi bizləri sevindirir və biz bunları ürəkdən bəyənirik.

Möhtərəm cənab Prezident, biz hər zaman dualar edirik ki, Vətənimizin taleyinə Zati-aliniz kimi müdrik, mənəvi dəyərlərə önəm verən, bizlərə həyatın bütün sahələrində fəxarət doğuran anlar yaşadan dövlət başçısı qismət olmuşdur. Sizin hər zaman xüsusi önəm verdiyiniz multikulturalizm və İslam həmrəyliyi ideyalarının dünyaya məhz Vətənimiz Azərbaycandan təbliğ olunmasından böyük qürur duyuruq.

Biz, Bakı şəhərinin keçmiş “Sovetski” adlanan məhəlləsinin sakinləri adından bir daha Zati-alinizə dərin ehtiramımızı bildirir, Vətənimiz, dövlətimiz üçün dəyərli olan uğurlu fəaliyyətinizə Allah-Təaladan rəvac diləyirik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Rabitəbank” “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

® "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan ediblər

AQTA: Gülçülük məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün fitosanitar tələblərə uyğunluq təmin edilməlidir

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı

Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Fransa istilik dalğası ilə üzləşib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

“Uzaq sahillərdə” sərgisi gənc rəssamların daxili dünyasını rənglərlə açır

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

WUF13 Azərbaycanın qlobal nüfuzunun güclənməsinə xidmət edən mühüm platforma oldu ŞƏRH

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

BDU-da IV respublika olimpiadası: tələbələr 5 fənn üzrə biliklərini sınayıblar

Berlində 30-cu Mədəniyyətlər Karnavalı coşqu ilə qeyd olunur

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusuna növbəti tədris ili üçün 180 yer nəzərdə tutulur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür

Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim

Siyasi şərhçi: Qarabağdakı quruculuq WUF13-də postmünaqişə inkişaf modeli kimi diqqət çəkib

Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib

Akademik Rafael Hüseynov: Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu şəxsiyyətdir

Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub

Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

AQTA-nın sədri sahibkarlarla görüşəcək

Tural Gəncəliyev: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olub

Professor: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi - ŞƏRH

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Azərbaycanlı alim beynəlxalq simpoziumda Azərbaycanın kənd təsərrüfatı irsindən danışıb

Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb

® “Birbank” və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0 faizdən başlayan ilkin ödənişlə avtomobil əldə edin

“Qarabağ” Toral Bayramovla yollarını ayırıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda duz istehsalı 28 faiz artıb

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın iki filmi “SFC | Rendez-vous Industry” proqramında

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın qlobal miqyasda konstruktiv rolu yenidən təsdiqləndi - RƏY

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

BMU tələbəsinin layihəsinə “Startap” şəhadətnaməsi verilib

Şəbnəm İsayeva: Ağır metallarla çirklənmiş torpaqların bərpası mərhələli şəkildə aparılmalıdır

Şərqşünaslıq İnstitutunda Müstəqillik Gününə həsr edilmiş elmi sessiya

Valideyn himayəsindən məhrum uşaqlara onlayn təhlükəsizlik qaydaları öyrədilib

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb

Qazax stadionunun güləş zalı yenidən qurulur

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

Fransanın ədliyyə naziri ölkədə dəyişikliklərin həyata keçirilməsini təklif edib

Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır

Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır

Təranə Vəliyeva: Yaradıcılıq məşğələləri uşaqlarda özünəinam hissi yaranmasına kömək edir

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

Prezident İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir

Kosmik hava proqnozu açıqlanıb

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qərbi Avropada qızmar istilərə hazırlıq görülür

“Sabah”ın futbolçusu Özbəkistan millisinin dünya çempionatı üçün ilkin heyətinə çağırılıb

WUF13 Bakının beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu bir daha təsdiqlədi - ŞƏRH

“PAŞA Bank” IPO üzrə abunə yazılışının müddətini uzadıb VİDEO

“PAŞA Bank” IPO üzrə abunə yazılışının müddətini uzadıb VİDEO

Azərbaycan yaşıl urbanizasiya modelinin regional nümunəsini formalaşdırır – ŞƏRH

Teatr sənəti üzrə yazı müsabiqəsi elan edilir

“The Telegraph”: NATO-nun əsas müttəfiqləri Ukraynaya hərbi yardım üçün hər il ÜDM-in 0,25 faizini ayırmaq təklifini bloklayıb

“Sabah” Qazaxıstan millisinin qapıçısı ilə müqaviləni yeniləyəcək

“DOST Müfəttiş” layihəsi üzrə 28 müəssisədə diaqnostik qiymətləndirmə aparılaraq dəstək göstərilib

Azərbaycanın şəhərsalma siyasətində müasir urbanizasiya prinsipləri ön plana çıxır

Qusarda əmək yarmarkası: 59 boş iş yeri, 1500 manatadək maaş

ETX vətəndaşlara yeni kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib

Hörmüz boğazının açılacağı tarix bəlli deyil

bp AÇG-də ilk dəfə multilüləli quyu texnologiyası tətbiq edib

Zərdabda leysan sularının fəsadları aradan qaldırılır: əraziyə FHN-in qüvvə və texnikası cəlb olunub

Yekaterinburqda “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş minifutbol turniri

Yılmaz Batıbay: Müasir şəhərsalmada metro artıq zərurətə çevrilib

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Özbəkistanda antikorrupsiya tədbirləri həyata keçirilib

Siyasi şərhçi: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın bərpa modelinə beynəlxalq dəstəyi əks etdirir

Mingəçevirdə valideynlər üçün narkomaniya ilə bağlı maarifləndirici tədbir təşkil olunub

Leyla Əhmədova: İnnovativ dayanacaq layihəsi davamlı şəhər infrastrukturuna xidmət edir

® “Expressbank”dan region sahibkarları üçün növbəti “Maliyyə savadlılığı” təlimi

London Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarına töhfə verməyə hazırdır

Serbiya Prezidenti istefa verə biləcəyini açıqlayıb