SİYASƏT
Soydaşımız Roman Nəsirov Ukrayna Dövlət Fiskal Xidmətinin sədri vəzifəsinə namizəddir
Kiyev, 1 may, AZƏRTAC
Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri vəzifəsinə namizədin seçilməsi üzrə şura Ukrayna Baş nazirinə iki nəfərin namizədliyini təqdim edəcək. AZƏRTAC “Ukrainskaya pravda” qəzetinə istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Natalya Yaresko məlumat verib.
N.Yaresko deyib: “DFX-nin başçısı vəzifəsinə namizədin seçilməsi üzrə şura baxılması üçün Baş nazirə bu vəzifəyə iki nəfərin - Andrey Kolomiyets və Roman Nəsirovun namizədliyini təqdim edəcək”.
Xatırladaq ki, soydaşımız Roman Nəsirov “Pyotr Poroşenko Bloku” fraksiyasından Ukraynanın xalq deputatı, Ali Radanın Vergi və gömrük siyasəti məsələləri komitəsinin rəhbəri, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədridir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev