SİYASƏT


Soydaşımızın yetirməsi olan üç tələbə Danimarkada keçirilmiş Türk Musiqi Olimpiadasında qələbə qazanmışdır

Bakı, 7 may (AzərTAc). Danimarkada fəaliyyət göstərən “Dialoq” Forumunun üzvü, həmin ölkədə musiqi məktəbinin direktoru işləyən soydaşımız Kəmalə Hüseynovanın yetirməsi - üç tələbə Kopenhagendə keçirilmiş Türk Musiqi Olimpiadası mahnı müsabiqəsində qələbə qazanaraq ilk üçlüyə daxil olmuşdur.
Qaliblər Türkiyədə təşkil olunacaq “Dil və kültür” olimpiadasında iştirak etmək hüququ qazanmışlar.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, olimpiadada münsiflər heyətinin üzvü olan K.Hüseynovanın müsabiqənin təşkilində xüsusi rolu olmuşdur. Yarışmada türk, eləcə də Azərbaycan mahnıları səsləndirilmişdir. Müsabiqədə səslənən mahnıların danimarkalılar tərəfindən ifa olunması xüsusilə böyük maraq doğurmuşdur.
“Qaragöz” mahnısını ifa edən Nikol Nöyer müsabiqənin qalibi elan olunmuşdur. Qalina Milkelsen Ələkbər Tağıyevin “Qalginən sənə qurban” mahnısının Türkiyə versiyası - “Mavi muncuq kimdədir” ilə ikinci yerə, Katerina Melamed isə “Manolyam”ı ifa edərək üçüncü yerə layiq görülmüşlər.
Türkiyənin Danimarkadakı səfiri Berki Dibek və bu ölkənin parlamentinin deputatı Özlem Cekic Azərbaycan və türk mahnılarının zənginliyinin danimarkalılara nümayiş etdirilməsində göstərdiyi xidmətlərə görə K.Hüseynovaya iki mükafat təqdim etmişlər. Bundan əlavə, soydaşımız Danimarka üzrə Olimpiadanın baş musiqi koordinatoru vəzifəsinə təyin edilmişdir.
Konsert proqramının təşkil olunmasında K.Hüseynovaya Azərbaycan Türk Qadınlar Birliyi və “Vahid Azərbaycan” Dərnəyi dəstək olmuşlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.