Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

“Soyqırımı muzeyi” kitabı: eyniadlı muzeyə qiyabi ekskursiya

Bakı, 21 fevral, AZƏRTAC

Xalqımız XX əsrin əvvəllərindən bəri erməni millətçilərinin davamlı olaraq həyata keçirdiyi deportasiya, etnik təmizləmə və soyqırımına məruz qalıb. Müasir dövrümüzdə törədilmiş Xocalı faciəsi isə onların arasında öz miqyasına, amansızlığına və qəddarlığına görə xüsusilə fərqlənir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurlarının törətdiyi dəhşətli soyqırımı xalqımızın yaddaşında ən ağır faciələrdən biri kimi yaşayır. Həmin gecə 613 nəfər şəhid olmuş, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 230 uşaq valideynlərindən birini itirmiş, 1275 nəfər girov götürülmüş, 487 nəfər itkin düşmüşdü. İtkin düşənlərdən 150-nin taleyi indiyədək məlum deyil...

Xocalı soyqırımı da daxil olmaqla, bütöv bir tarixi dövrü əhatə edən qanlı hadisələrin yaddaşlardan silinməməsi, erməni millətçilərin törətdikləri cinayətlərin ifşası məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovun əmrinə əsasən Hərbi Prokurorluğunun binasında Soyqırımı Muzeyi yaradılıb. Muzeydə 200 illik bir dövrdə ermənilərin xalqımıza qarşı törətdikləri qırğın və soyqırımlarını əks etdirən çoxsaylı tarixi sənədlər – fotoşəkillər, istintaq materialları, həmçinin rəsm əsərləri və digər eksponatlar toplanıb. Sahəsi 320 kvadratmetr olan muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarətdir.

Bu günlərdə nəşr olunmuş “Soyqırımı muzeyi” kitabı eyniadlı muzeyə qiyabi ekskursiya təsiri bağışlayır. Xocalı faciəsinin 25 illiyi ərəfəsində reallaşdırılan layihənin həmmüəllifi, Azərbaycan Respublikası Baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı, əməkdar hüquqşünas, hüquq elmləri üzrə fəlsəfə doktoru Xanlar Vəliyev kitaba yazdığı “Ön söz”də muzeyin əhəmiyyətindən bəhs edir, onu xalqımızın qan yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən mükəmməl tarixi abidə kimi səciyyələndirir.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan kitab ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı faciəsi ilə bağlı fikirlərini əks etdirən sitatlarla açılır. Nəşrə BMT-nin soyqırımı siyasətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiyasından çıxarış, habelə soyqırımı siyasətini pisləyən bir sıra beynəlxalq sənədlər daxil edilib. 1905-1907, 1917-1920-ci illərdəki soyqırımları, 1990-1993-cü illərdə Azərbaycan ərazilərinin işğalı, eləcə də sovet hakimiyyəti illərində Kremlin antiazərbaycan və ermənipərəst mövqeyi, xalqımıza qarşı həyata keçirilən deportasiya və işğal siyasəti oxucuya tarixi foto və sənədlərin dili ilə çatdırılır. Nəşrə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin müvafiq çıxış və məktublarının daxil edilməsi mötəbər mənbə kimi kitabın əhəmiyyətini daha da artırır.

Kitabda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən ümumxalq yürüşünü, muzeydə nümayiş olunan eksponatları, Qazax, Goranboy, Tərtər və Ağdamda erməni vandalizminin izlərini, habelə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirləri əks etdirən çoxsaylı sənəd və fotolar yer alır.

“Soyqırımı muzeyi” kitabı təkcə tarixi faciəni əbədiləşdirən abidə barədə dolğun, zəngin və hərtərəfli məlumat vermir, həm də xalqımıza qarşı erməni millətçilərinin zaman-zaman törətdikləri vəhşiliklərin xronologiyasını əks etdirir. Həmin müddətdə itirilən torpaqlar, sinəsinə dağ çəkilən yurd yerləri, namərd gülləsinə tuş gələn soydaşlarımız, dağıdılan maddi-mənəviyyat abidələri də tərtibçilərin diqqətindən yayınmayıb.

Kitabda elə bir foto və sənəd yoxdur ki, onun üzərindən soyuqqanlı keçmək mümkün olsun. Burada toplanan materialların hər biri müdhiş hadisələri yenidən xatırladır, təcavüzkar erməni millətçilərinin insanlığa sığmayan cinayət əməllərinə qarşı nifrət və qəzəb hissləri oyadır. Kitabı vərəqlədikcə sanki yenidən həmin günlərə qayıdır, uşaqların, qocaların donaraq öldüyü qarlı dağ cığırları ilə addımlayır, insan qanı ilə suvarılan şəhərin xarabalıqlarını dolaşırsan. Muzeyin özü kimi, ondan bəhs edən kitab da bəşər tarixində törədilən ən dəhşətli cinayətlərdən birinin - Xocalı soyqırımının yaralarını və ağrılarını özündə yaşadır.

Soyqırımı muzeyi və eyniadlı kitab bir növ ittiham aktıdır. Burada toplanmış faktik materiallar erməni quldurlarının törətdikləri qətliam barədə dolğun təsəvvür yaradır. Yəqin ki, erməni millətçilərinin ədalət məhkəməsi qarşısında cavab verəcəkləri gün gələcək və o vaxt muzeydəki eksponatlar onların cinayət əməllərini təsdiqləyən təkzibolunmaz sübut-dəlil rolu oynayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi