ELM VƏ TƏHSİL


Soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itkilər dəqiqləşdiriləcək

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda keçirilən elmi şuranın iclasında bu elmi müəssisənin direktoru, akademik Yaqub Mahmudov tarixçi alimlərə Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamından irəli gələn vəzifələr barədə ətraflı məlumat verib.

Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Y.Mahmudov sənədin Azərbaycan tarix elmində yeni araşdırmalara yol açacağını vurğulayıb. O deyib: “Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi ilə bağlı yeni elmi araşdırmalar aparılacaq. Rayonlarımızda cümhuriyyətin tarixi ilə bağlı institutun elmi şurasının xüsusi iclasları təşkil ediləcək”.

İclasda AXC-nin Sovet Rusiyası, Osmanlı Türkiyəsi ilə münasibətlərinin tarixinin daha dərindən araşdırılması və cümhuriyyətin tarixi ilə bağlı yeni tədqiqat işlərinin – namizədlik və doktorluq dissertasiyalarının yazılması məsələləri müzakirə edilib. Diqqətə çatdırılıb ki, AXC-nin tarixi ilə bağlı Türkiyə, Ukrayna və Polşadakı sənədlərin araşdırılması və nəşri vacibdir.

Elmi şuranın qərarına əsasən, 1918-1920-ci illər soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatlar dəqiqləşdiriləcək.

Y.Mahmudov bildirib ki, 2018-ci ildə rəhbərlik etdiyi elmi müəssisə tərəfindən AXC-nin 100 illik yubileyi ilə bağlı “Elmi əsərlər”inin xüsusi buraxılışı çap olunacaq. “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Azərbaycanın orta məktəblərində keçirilmiş konfransları xatırladan akademik məktəblərlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O deyib: “Antiazərbaycan nəşrlərində və informasiya məkanında ölkəmizin əleyhinə sistemli iş gedir”.

İclasda, həmçinin internet resurslarında, o cümlədən Vikipediyada Azərbaycan tarixi, tarixi şəxsiyyətləri barədə məqalələrin sayının çoxaldılması və keyfiyyətinin artırılması istiqamətində müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.