REGİONLAR
Soyuducu anbarlara 598 ton məhsul yığılıb
Naxçıvan, 22 avqust, AZƏRTAC
Bu il iyulun 1-dən avqustun 20-dək muхtar respublika ərazisində fəaliyyət göstərən soyuducu anbarlara 598 ton məhsul tədarük оlunub ki, bunun da 516 tonu kartof, 50 tonu soğan, 29 tonu ərik, 3 tonu kələm məhsuludur.
AZƏRTAC xəbər verir ki, əhаlinin ərzaq məhsullаrınа оlаn tələbаtının ilboyu ödənilməsinin təmin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması, mәhsulların tәdarükü, saxlanması vә satışı infrastrukturunun yaradılması məqsədilə muxtar respublikada yerli investisiyalar əsasında soyuducu anbarların sayı 20-yə, ümumi tutumu 12 min 250 tona çatdırılıb. Artıq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbar komplekslərində meyvə və tərəvəzin qəbuluna başlanılıb. Muxtar respublikada soyuducu anbarların işə salınması yerli meyvə-tərəvəzlərin ilboyu bazarlara çıxarılmasına imkan verir.