REGİONLAR
Soyuq qış günlərinin ləziz yeməyi: “Qazax xəngəli” VİDEO
Qazax, 15 oktyabr, AZƏRTAC
Azərbaycanın hər bölgəsində olduğu kimi, Qazax rayonunun da özünəməxsus yemək növləri var. Onlardan biri də “yarpaq xəngəli” və yaxud “Qazax xəngəli”dir.
AZƏRTAC xəbər verir ki, xəngəli istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə müxtəlif cür bişirirlər. Qazaxda isə “yarpaq xəngəli” xüsusi üsulla hazırlanır və bu təam “Qazax xəngəli” adı ilə tanınır.
Səksən yaşlı rayon sakini Sibrə Məmmədova deyir ki, Qazax mətbəxinin xəngəlini digər bölgələrdən fərqləndirən cəhət onun qurutla hazırlanmasıdır. Bu cür xüsusi yeməklərin dadı, ləzzəti onun ənənələrə uyğun bişirilməsindən asılıdır. Soyuq qış günlərində Qazax mətbəxində ən çox hazırlanan yeməkdir.
Sibrə nənə "Qazax xəngəli"nin hazırlanması qaydasını gənc qız-gəlinlərimizə həvəslə öyrətdiyini bildirib.