MƏDƏNİYYƏT


“Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir - “Zəhra”

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 14-də Beynəlxalq Muğam Mərkəzində müharibə və münaqişələr zamanı xəsarət almış və həlak olmuş günahsız uşaqların xatirəsinə həsr olunan “Zəhra” adlı tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” ədəbi layihəsi çərçivəsində Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, “ASAN Radio” və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil olunacaq.

Respublikanın tanınmış şair və yazıçılarının, incəsənət xadimlərinin iştirak edəcəyi tədbir “ASAN Radio”da canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.