MƏDƏNİYYƏT


“Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir - “Zəhra”

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də Beynəlxalq Muğam Mərkəzində müharibə və münaqişələr zamanı xəsarət almış və həlak olmuş günahsız uşaqların xatirəsinə həsr olunan “Zəhra” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” ədəbi layihəsi çərçivəsində Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, “ASAN Radio” və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil olunub.

Əvvəlcə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində həlak olmuş günahsız uşaqların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “ASAN Radio”nun direktoru Emin Musəvi və “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə müharibə və münaqişə zamanı uşaqların xəsarət alması və həlak olmalarını qəti şəkildə pisləyiblər.

Qeyd olunub ki, işğalçı Ermənistanın silahlı qüvvələri dəfələrlə atəşkəs rejimini pozaraq Azərbaycanın dinc əhalisini hədəfə alır, azyaşlı uşaqlar qətlə yetirir. İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin artilleriya atəşinə tutulması nəticəsində 2 yaşlı Zəhranın öldürülməsi bunu bir daha təsdiqləyir. Ermənilərin körpə uşağı və onun nənəsini öldürməsi insanlığa sığmayan hərəkətdir və beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır.

“ASAN Radio”da canlı yayımlanan tədbir münaqişələr zamanı həlak olan günahsız uşaqların xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.