DÜNYA
“SpaceX”in rəhbəri Marsın məskunlaşdırılması planını təqdim edib
Bakı, 28 sentyabr, AZƏRTAC
İlon Mask Marsın məskunlaşdırılmasına başlamaq niyyətindədir. “SpaceX” kompaniyasının başçısı “Günəş sistemi planetlərinə səyahət etməyə imkan verəcək” nəqliyyat vasitəsinin təqdimatını keçirib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, İlon Mask hazırladıqları kosmik aparatı yaxın illərdə Marsa göndərmək niyyətindədir. Bu aparat Ayda yanacaq doldurma imkanlarına da malik olacaq.
“SpaceX” kompaniyasının başçısı hələ ki, insanı Marsa aparmağın dəyərini 10 milyard dollar həcmində qiymətləndirib. Onun sözlərinə görə, gələcəkdə layihə uçuş qiymətini 200 min dollardan və hətta ola bilər ki, 100 min dollardan ucuz etməyə imkan verəcək.
Mask uçuşları elə təşkil etməyə söz verib ki, hazırlıq üçün cəmi bir neçə gün kifayət etsin. Lakin o, planetlərarası missiyalar üçün kompaniya tərəfindən hazırlanan aparatdan daha iri kosmik gəmilərin lazım gəldiyini etiraf edib.
İlon Mask yaxın 100 ildə Qırımızı planeti uğurla məskunlaşdırmağı da qarşısına məqsəd qoyub.