İDMAN


Spirtli içki qəbul edən hollandiyalı atlet yığmadan qovulub

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

“Rio-2016” Yay Olimpiya Oyunlarında Hollandiyanı təmsil edən idman gimnastı Yuri van Gelder yığmadan kənarlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, buna 33 yaşlı idmançının rejim qaydalarını pozması səbəb olub.

Halqalarda hərəkətlər üzrə səkkizinci yeri tutduğu təsnifat yarışından sonra van Gelder yığmanın düşərgəsini tərk edib. O, səhərə yaxın içkili halda geri qayıdıb. Hollandiya nümayəndə heyətinin rəhbəri Morits Hendriks deyib: “Belə davranış qəbuledilməzdir. Bu, sadəcə, idman fəlakətidir. Amma başqa yolumuz yoxdur. Çünki Yuri bizim dəyərlərimizi pozub”.

Final mərhələsində intizamı pozan idmançını fransalı Denni Rodriges əvəzləyəcək. Bu, van Gelderin nizam-intizamı pozduğu üçün ilk qovulma halı deyil. Hələ 2009-cu ildə o, ölkə çempionatının startına üç gün qalmış kokaindən istifadə etməsi ilə əlaqədar yarışdan kənarlaşdırılıb.

Qeyd edək ki, Yuri van Gelder 2005-ci ildə keçirilmiş idman gimnastikası üzrə dünya çempionatında halqalarla hərəkətlərdə qızıl medal qazanıb. Ümumiyyətlə, Hollandiya yığmasına Olimpiya zamanı ciddi məhdudiyyətlər qoyulub. İdmançılara təhlükəsizlik səbəbindən şəhərə çıxış qadağan edilib. Oyunlarda çıxışlarını başa vuranlar isə komanda yoldaşlarının diqqətini yayındırmamaq üçün evlərinə qayıtmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.