İDMAN
“Sport economy”: AZAL “Bakı-2015” Avropa Oyunlarının rəsmi tərəfdaşlarından biridir
Məqalədə qeyd olunur ki, “Bakı-2015” Avropa Oyunları ilə AZAL arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandıqdan sonra beynəlxalq yarışın altıncı tərəfdaşı müəyyənləşib.
Yazıda müvafiq məsələ ilə bağlı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun bu sözlərinə də yer verilib: “AZAL ölkəmizin dünya ilə birləşməsinə kömək edir. Biz bu qurumun ilk Avropa Oyunlarının rəsmi tərəfdaşlarından birinə çevrilməsi ilə fəxr edirik. Tərəfdaşlıq çərçivəsində “Bakı-2015”in loqosu təyyarələrin monitorlarında nümayiş olunacaq, sərnişinlərə birinci Avropa Oyunları ilə bağlı məlumat veriləcək”.
AZAL-ın fəaliyyəti ilə bağlı məlumat verilən yazıda oxucuların diqqətinə çatdırılır ki, qurum hər il dünyanın 38 ölkəsindən 1,7 milyondan çox sərnişin daşıyır. Bu göstərici ilə AZAL Qafqazın ən nəhəng hava yolları şirkətlərindən biri hesab olunur.
Müəllif qeyd edir ki, daha əvvəl “P&G”, “Tissot”, “BP”, “Nar Mobile” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Bakı-2015”in rəsmi tərəfdaşları olub. AZAL altıncı rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşulub.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.sporteconomy.it/Azerbaijan+Airlines+nuovo+partner+degli+European+Games+
di+Baku2015_50904_2_1.html
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma