SİYASƏT


“Sputnik Azərbaycan” mətbuat mərkəzində Politoloqlar klubunun növbəti görüşü keçirilib

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də “Sputnik Azərbaycan” mətbuat mərkəzində “Yujnıy Kavkaz” Politoloqlar klubunun növbəti görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov tədbirdə çıxış edib. O, Prezident İlham Əliyevin “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyova müsahibəsini yüksək qiymətləndirərək qeyd edib ki, dövlətimizin başçısı Azərbaycanın mövqeyini çox dəqiq ifadə edib, regionda vəziyyətə, beynəlxalq münaqişələrə öz münasibətini bildirib, ölkəmizin gələcəyi barədə planlarını bölüşüb.

Rusiyalı ekspert Oleq Kuznetsov Yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumu barədə fikirlərini söyləyərək vurğulayıb ki, ölkələrimizi sıx iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bağlayır. O.Kuznetsov diqqətə çatdırıb ki, belə forumlar iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiqləyir.

Tədbir diskussiyalarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.