MƏDƏNİYYƏT


“Şrek” animasiya filminin növbəti çəkilişlərinə başlanılacaq

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Bütün dünyada olduğu kimi, ölkəmizdə də balacalar tərəfindən maraqla izlənilən “Şrek” animasiya filminin beşinci hissəsinin yaxın vaxtlarda çəkilişlərinə başlanılacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, “NBC Universal” şirkəti və “DreamWorks Animation” studiyasının birgə dəstəyi ilə reallaşan film 2019-cu ildə ekranlara çıxacaq.

Ekran əsəri üzərində bir sıra cizgi filmlərinin prodüseri olmuş Kris Melendendri çalışacaq.

Qeyd edək ki, sözü gedən cizgi filmi ilk dəfə ekranlara 2001-ci ildə çıxıb. Sonuncu çəkilişlərin premyerası isə 2010-cu ildə baş tutub. Ekran əsəri indiyədək dünya prokatından 752,6 milyon dollar gəlir əldə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.