DÜNYA


Şri-Lankada daşqınlar: 164 nəfər ölüb, 102 nəfər itkin düşüb

Bakı, 29 may, AZƏRTAC

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı artmaqda davam edir. Son məlumata görə, təbii fəlakət qurbanların sayı 164 nəfərə çatıb.

AZƏRTAC RİA Novosti agentliyinə xəbər verir ki, daha 102 nəfər itkin düşmüş sayılır.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, mayın 29-da və 30-da ölkənin mərkəzi və cənub hissələrində sürəti saatda 80 kilometrə çatan güclü külək əsəcəyi, bəzi yerlərdə leysan yağışlar yağacağı gözlənilir.

Xatırladaq ki, Şri-Lankada dağıdıcı daşqınlar səbəbindən 500 min insan evini tərk etməyə məcbur olub. Təbii fəlakətlə mübarizə mərkəzi ümumilikdə 2 minə yaxın evin zərər çəkdiyini və ya tamamilə dağıldığını qeydə alıb.

Şri-Lanka hökuməti BMT-yə və Cənubi Asiya ölkələrinə müraciət edərək təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək istəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.