DÜNYA


Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb

Bakı, 28 may, AZƏRTAC

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində 112 nəfər itkin düşüb. Bu barədə RİA Novosti agentliyi France-Press-ə istinadla məlumat yayıb. Daşqınlar 500 min insanın öz evlərini tərk etməsinə səbəb olub. Təbii fəlakətlə mübarizə mərkəzinin məlumatına əsasən, 2 minə yaxın ev zərər çəkib və ya tamamilə dağılıb. Yağışların bir qədər səngiməsi zərər çəkən insanlara yardım göstərilməsinə şərait yaradıb.

Şri-Lanka artıq kömək üçün BMT və Cənubi Asiya ölkələrinə müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.