CƏMİYYƏT


“Stand-up” janrı komiklərin ömrünü qısaldır

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Avstraliyalı professor Saymon Stüart bildirib ki, “stand-up” janrında çıxış edən aktyorların ömrü qısa olur.

AZƏRTAC “MED daily” saytına istinadla xəbər verir ki, S.Stüart “stand-up” janrında çıxış edən 200 aktyorun (87 faizi kişi), 114 komediya aktyorunun (82,5 faizi kişi) və 184 dram aktyorunun (70,7 faizi kişi) məlumatlarını təhlil edib. Aydın olub ki məhz birinci qrupun nümayəndələri (ikinci qrupdakı 68,9 və üçüncü qrupdakı 70,7 yaş müqabilində təxminən 67 yaş) arasında vaxtsız vəfat edənlərin sayı çoxdur.

Tədqiqatçı bunu belə izah edib: əvvələn, komiklərdə prinsipcə, psixopatik cəhətlər, o cümlədən maniakal-depressiv meyillər və şizotipik xüsusiyyətlər müşahidə edilir. İkincisi, “stand-up” amansız rəqabət mühitidir. Bu janrda böyük qonorarlar yoxdur. İllər boyu psixoloji gərginlik içində işləmək isə birmənalı olaraq sağlamlığa təsir göstərir.

Dram aktyorlarının maliyyə durumu daha yaxşı, həyat qrafiki daha nizamlıdır. “Stand-up” janrında çıxış edən aktyorlar isə daim səyahət edir, çətin şəraitdə yaşayır, gecələr səhnəyə çıxır, insanların əhatəsində olurlar, çox vaxt qeyri-sağlam həyat tərzi keçirirlər. Nəticədə yüksək qan təzyiqindən, piylənmədən, şəkər və ürək xəstəliklərindən əziyyət çəkirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.