DÜNYA


“Standart & Poor's” Rusiyanın kredit reytinqini “neqativ” səviyyəsindən “sabit” səviyyəsinə yüksəldib

A+ A

Bakı, 17 sentyabr, Nihad Budaqov, AZƏRTAC

“Standart & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi Rusiyanın kredit reytinqini “neqativ” səviyyəsindən “sabit” səviyyəsinə yüksəldib.

AZƏRTAC xəbər verir ki, bu barədə agentlikdən edilən şərhdə deyilir. “Standart & Poor's” Rusiyanın ümumi daxili məhsulundakı böyümənin 2017-2019-cu illərdə orta hesabla 1,6 faiz olacağını proqnozlaşdırır. Həmçinin agentlik maliyyə təzyiqlərinə baxmayaraq, Rusiyanın 2016-2019-cu illərdə ümumi ictimai borc yükünün nisbi aşağı səviyyəsini qoruyacağını nəzərdə tutur.

“Standart & Poor's” eyni zamanda, Rusiyanın xarici pul vahidi üzrə kredit reytinqini də “BB+” səviyyəsində təsdiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.