İQTİSADİYYAT
“Star” neft emalı zavodu 2018-ci ilin aprelində istifadəyə veriləcək
Bakı, 28 noyabr, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın Türkiyədə tikintisini davam etdirdiyi “Star” neft emalı zavodu 2018-ci ilin aprelində istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə zavodun baş direktoru İbrahim Palaz məlumat verib.
“Artıq zavod üzrə işçi qəbulu başlayıb, həmin kadrların hazırlığı təlimləri davam edir. Hazırda “Star” neft emalı zavodunun ərazisində 100-dən çox şirkət fəaliyyət göstərir”, - deyə İ.Palaz qeyd edib.
O bildirib ki, “Star” zavodu tamamlandığı zaman illik 10 milyon ton xam neft emalı gücünə malik olacaq. Zavod Türkiyənin dizel, təyyarə yanacağı, nafta və neft koksu kimi məhsullar üzrə idxalını böyük miqdarda azaldacaq: “Star” Türkiyənin ümumi dizel idxalının yarısına qədərini, ölkə tələbatının isə 25 faizini qarşılayacaq. Zavod Türkiyənin idxal etdiyi naftanın hamısını təmin edəcək. Bütövlükdə isə zavod 2,5 milyard dollar dəyərində idxalın ödənilməsinə şərait yaradacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]