İQTİSADİYYAT


“Star” neft emalı zavodunda layihə işlərinin 90 faizi görülüb

Bakı, 31 may, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavodunda layihə işlərinin təxminən 90 faizi görülüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. Bildirib ki, layihə üzrə işlər qrafikə uyğun aparılır. Artıq iyul ayından etibarən avadanlıqlar üzrə sınaqlara başlanılacaq. Zavodda istehsal olunan məhsulların isə gələn ilin sentyabr ayında satışları həyata keçiriləcək.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.

STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.