MƏDƏNİYYƏT
“Start a Fire” mahnısı Azərbaycan dilində səslənmişdir VİDEO
Bakı, 17 aprel (AZƏRTAC). Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində ölkəmizin təmsilçisi Dilarə Kazımova oxuyacağı “Start a Fire” mahnısının Azərbaycan dilində versiyasını təqdim etmişdir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Böyük səhnə” proqramının PR meneceri Nərminə Məmmədova AZƏRTAC-a bildirmişdir ki, mahnının Azərbaycan versiyasının adı “Bir qığılcım”dır. Dilarə Kazımova belə versiyanın yaranmasını mahnını ilk dəfə eşitdiyi andan arzulamışdır.
Təmsilçimiz bildirmişdir ki, “Start a Fire” dərin mənalı mahnıdır. Onun süjeti mənə və ölkəmə çox yaxındır.
Dilarə Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision-2014” müsabiqəsinin mayın 6-da keçiriləcək birinci yarımfinalında təqdim edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]