CƏMİYYƏT
Stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatı təkmilləşdirilir
Bakı, 24 dekabr, AZƏRTAC
Tibb müəssisələrinə müraciət edən vətəndaşların qeydiyyatı 2015-ci il yanvarın 1-dən “Vətəndaşların elektron sağlamlıq kartı sistemi”nin “Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı” moduluna və “Nümunəvi tibbi informasiya sistemi”nə daxil ediləcək. Eyni zamanda gün ərzində daxil olunan məlumatların çap edilərək arxivləşdirilməsi təmin olunacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə tibbi heyətə təlimlər keçirilir.
Sistemin tibb müəssisələrində qurulması və texniki dəstəyin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən həyata keçirilir.