İQTİSADİYYAT


Statistika Komitəsinin nümayəndələri Soçidə yoxsulluq statistikasının uyğunlaşdırılmasına dair seminarda iştirak edirlər

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC 

Oktyabrın 31-i noyabrın 2-si tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyası, Rusiya Federasiyası Dövlət Statistika Federal Xidməti və MDB Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə Soçi şəhərində yüksək səviyyəli seminar keçirilir. Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və komitənin həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Yaşar Paşa iştirak edirlər.

Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə inkişafın qiymətləndirilməsi üçün yoxsulluğun ölçülməsi sahəsində ölkə təcrübəsi barədə məlumat verilib. Yoxsulluqla bağlı müəyyən edilmiş yeni statistik göstəricilərə olan tələbatı ödəmək üçün statistika təşkilatlarının üzərinə düşən vəzifələrə, ev təsərrüfatları arasında aparılan statistik sorğuların uyğunlaşdırılması hesabına yekun məlumatların beynəlxalq müqayisəliliyinin təmin olunmasına, habelə yoxsulluğun ölçülməsində tətbiq olunan metodlara, xüsusilə çoxölçülü yoxsulluğa dair məsələlər müzakirə olunub.

Dövlət Statistika Komitəsinin nümayəndələri yoxsulluğun ölçülməsi sahəsində milli statistika təşkilatlarının roluna dair panel-müzakirədə iştirak ediblər, həmçinin təqdimatla çıxış edərək ölkə təcrübəsini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.