İQTİSADİYYAT


“Statoil” şirkəti Energetika Nazirliyində təqdimat edib

Bakı, 2 iyun, AZƏRTAC

XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı çərçivəsində Bakıda səfərdə olan “Statoil” şirkətinin IT üzrə baş direktoru və Korporativ IT şöbəsinin baş vitse-prezidenti xanım Aşild Hanna Larsenin rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla “Statoil” arasında 25 ili əhatə edən uğurlu əməkdaşlıq əlaqələrini xatırladan energetika naziri Natiq Əliyev bu işbirliyinin ən mühüm töhfələrindən biri kimi neft sahəsində yeni texnologiyaların regiona gətirilməsi və bilik mübadiləsini qeyd edib. Bildirilib ki, dünyada dəyişən trendlər bütün sahələrdə, eləcə də enerji sahəsində də yeni texnologiyalara əsaslanmağı tələb edir. Enerji sektorunda rəqəmsal texnologiyaların tətbiqi xərcləri azaltmağa, vaxta qənaətə və prosesi tam nəzarətdə saxlamağa geniş imkanlar yaradır.

“Statoil” şirkətinin nümayəndəsi xanım Aşild Hanna Larsen enerji sektorunda rəqəmsallaşmanın üstünlükləri və həyata keçirdikləri pilot layihələr barədə məlumat verərək, enerjinin gələcək inkişaf yolunun rəqəmsallaşmadan keçdiyini əks etdirən müfəssəl təqdimatla çıxış edib.

Natiq Əliyev “Statoil”un enerji sahəsində İKT istiqamətində də nümunə olduğunu deyərək, bu təcrübə və biliklərin mübadiləsi, eləcə də yeni texnologiyaların tətbiqi ilə əlaqədar əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün bir sıra təkliflər irəli sürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.