SİYASƏT


Stefan Şennak: Referendumun şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası Azərbaycanda keçirilən referendumda səsvermə prosesini müşahidə edir.

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqələrində olub. Həmməruzəçi seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib.

Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının üzvü jurnalistlərə deyib ki, məntəqələr açıldığı vaxtdan səs vermək üçün növbədə çoxlu seçici dayanıb. Səsvermədə iştirak edənlər arasında qadınlar üstünlük təşkil edir.

Stefan Şennak, həmçinin Bakının mərkəzində yerləşən məntəqələrdə olduqlarını, səsvermə prosesinin çox yaxşı təşkil edildiyini, gün ərzində paytaxtdan kənardakı məntəqələrdə də müşahidə aparacaqlarını bildirib.

“Referendumun şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. İnsanlar sərbəst seçim edirlər. Səsverməni xeyli sayda müşahidəçi izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir”, - deyə beynəlxalq müşahidəçi Stefan Şennak vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.