REGİONLAR


Stend və güllə atıcılığının daha 4 növü üzrə Dünya Kuboku uğrunda yarışların qalibləri məlum olub VİDEO

A+ A

Qəbələ, 19 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Sentyabrın 19-da Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışları uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışların ikinci günü stend və güllə atıcılığının daha 4 növü üzrə, yəni oğlanlar arasında tüfəngdən 50 metr məsafəyə atəş açma, oğlanlar və qızlar arasında tapançadan 10 metr məsafəyə atəş açma, oğlanlar arasında dairəvi stend atıcılığı üzrə yarışların qalibləri məlum olub.

Oğlanlar arasında dairəvi stend atıcılığı yarışlarında Rusiya idmançısı Aleksey Belov birinci, İtaliya atıcısı Edoardo Aloy ikinci, Çexiya təmsilçisi Daniel Korçak üçüncü yeri tutub. Bu yarışda ümumi hesabda Rusiya, Çin və Hindistan komandaları müvafiq olaraq I-III yerlərə çıxıblar.

Qadınlar arasında yerə uzanaraq kiçikçaplı tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında Çexiya idmançısı Nikola Foistova birinci, Rusiya təmsilçisi Olqa Efimova ikinci, Hindistan atıcısı Qayatri Nityanadam üçüncü yeri tutub. Həmin yarışda ümumi hesabda Norveç, Rusiya və Hindistan komandaları müvafiq olaraq I-III yerləri tutublar.

Oğlanlar arasında 10 metr məsafəyə kiçikçaplı tapançadan atəş açma yarışında Rusiya idmançısı Artem Çernousov birinci, Hindistan atıcısı Anmol Anmol ikinci və Rusiya təmsilçisi Yevgeni Borovoy üçüncü yerə layiq görülüb. Bu yarışda ümumi hesabda Rusiya, Hindistan və Gürcüstan komandaları müvafiq olaraq I-III yerlərə çıxıblar.

Qızlar arasında 10 metr məsafəyə kiçikçaplı tapançadan atəş açma yarışında Rusiya idmançısı Marqarita Lomova birinci, Çexiya atıcısı Anna Dedova ikinci, Misir idmançısı Afaf Elhodhod üçüncü olub. Həmin yarışda ümumi hesabda Hindistan, Türkiyə və Özbəkistan komandaları müvafiq olaraq I-III yerləri tutublar.

Yarışlardan sonra ilk 3 yeri tutan idmançıların və komandaların mükafatlandırılması mərasimi keçirilib. Hazırda medalların ümumi sayına görə Rusiya komandası 14 medalla birinci, Hindistan idmançıları 13 medalla ikinci, Çin atıcıları 6 medalla üçüncü yerdədir.

Qeyd edək ki, olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku uğrunda yarışlarında 27 ölkədən 281 nəfər 21 yaşadək olan gənc qız və oğlan idmançı iştirak edir. Bu yarışlarda ölkəmizi 25 idmançı təmsil edir ki, onlardan 11-i stend atıcılığı, 14-ü isə güllə atıcılığı yarışlarında bacarığını nümayiş etdirir. Güllə atıcılığı üzrə yarışlar 10 olimpiya növü və 2 qeyri-olimpiya növü üzrə, stend atıcılığı üzrə yarışlar isə 5 olimpiya növü üzrə keçirilir. Oğlan və qızlar dairəvi stend, səngər stend və qoşa səngər stend yarışlarında, eləcə də tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açma yarışlarında bacarıqlarını nümayiş etdirirlər. Yarışlar sentyabrın 23-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.