DÜNYA
Stiv Bennon Ağ Evin baş strateqi vəzifəsindən istefa verib
Vaşinqton, 19 avqust, AZƏRTAC
Stiv Bennon Ağ Evin strategiya məsələləri üzrə baş mütəxəssisi vəzifəsindən istefa verib.
Amerika KİV-ləri Ağ Evin yüksəkvəzifəli məmurlarından birinin informasiyasına istinadla xəbər verirlər ki, son bir neçə ayda Prezident Trampın Bennonla bağlı ümidləri getdikcə boşa çıxırdı. Bennon Ağ Evdəki rəsmi şəxslərin demək olar ki, hər biri ilə, o cümlədən baş müşavir Cared Kuşner, milli təhlükəsizlik məsələləri üzrə müşavir, general-leytenant H.R. Makmaster və Ağ Evin aparat rəhbəri Con Kelli ilə münaqişə vəziyyətində idi.
Bennon Prezidentin ən yaxın adamlarından biri və Donald Trampın seçkiqabağı kampaniyasının son aylarında onun baş strateqi hesab edilirdi. O, Ağ Evdə tutduğu vəzifədə düz bir il çalışıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]