İDMAN


Stokholmda yeniyetmə güləşçilərin Avropa çempionatı başlayır

A+ A

Bakı, 18 iyul, AZƏRTAC 

İyulun 19-da İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürəcək. Yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.

Proqrama əsasən, iyulun 19-20-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Yaşar Əliyevin rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda 18 sərbəst güləşçimiz mübarizə aparacaq. Heyətdə Mahir Məmmədzadə, Maqomedsalix Abakarov (hər ikisi 42 kq), Əsgər Məmmədəliyev (46 kq), İntiqam Vəlizadə, Vüsal Hüseynov (hər ikisi 50 kq), Sabutay Əmişov, Maqomedqadji Kasumov (hər ikisi 54 kq), Daur Psardiya, Murad Məmmədov (hər ikisi 58 kq), Qadjimurad Qadjiyev, Djopua İnal (hər ikisi 63 kq), Abakar Abakarov, Abdulmuslim Məmmədov (hər ikisi 69 kq), Rəşad Yusifli, İslam Əliyev (hər ikisi 76 kq), Əhliman Quliyev (85 kq), Asxab Həmzətov və Əli Əminzadə (hər ikisi 100 kq) yer alıblar.

İyulun 21-22-də böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun başçılığı altında 7 xanım güləşçimiz – Şəhanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Aynur Camalova (43 kq), Sevinc Əhədova (46 kq), Jalə Əliyeva (49 kq), Alina Zakoeva (52 kq) və Ceyla Nağızadə (56 kq) çempion adı uğrunda yarışacaq.

İyulun 23-24-də yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev heyətə 14 güləşçi daxil edib. Yarışda ölkəmizi Azər Muxtarlı (42 kq), Fail İskəndərov (46 kq), Zaur Nuriyev, Ədil Sadıqzadə (hər ikisi 50 kq), Nurlan Dadaşov (54 kq), Cavidan Cavadov (58 kq), Elnur Əsədov, Cavid Miralayev (hər ikisi 63 kq), Ülvi Qənizadə, Şirxan Quliyev (hər ikisi 69 kq), Cavid Yusifov (76 kq), Tehran Əminzadə (85 kq), Uğur Hacılı və Əli Əminzadə (100 kq) təmsil edəcəklər.

Qeyd edək ki, 100 kiloqram çəkidə mübarizə aparan Əli Əminzadə Stokholmda həm sərbəst, həm də yunan-Roma güləşi yarışlarında mübarizə aparacaq.

Beynəlxalq dərəcəli hakim Natiq Hacıyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.

Yeniyetmə güləşçilər arasında Avropa çempionatı iyulun 24-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.