İDMAN


Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

ASTF-dən AZƏRTAC-a bildirilib ki, turnirin açılış mərasimində Federasiyanın vitse-prezidenti Fazil Məmmədov çıxış edərək ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını vurğulayıb. Bütün bunların nəticəsidir ki, Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. Federasiyanın vitse-prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını diqqətə çatdırıb.

Sonra yarışlara start verilib. On iki və daha kiçik yaşlı idmançılar arasında keçirilən turnir şəxsi xarakter daşıyır. Yarışda Bakı, Sumqayıt, Gəncə şəhərlərindən, Şəki, Şabran, Gədəbəy rayonlarından 100-dən çox idmançı iştirak edir.

Azərbaycan birinciliyinə iyulun 6-da yekun vurulacaq, qaliblərə medallar və mükafatlar təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.