İDMAN


Stolüstü tennis üzrə fərdi yarışlarda yarımfinal mərhələsinə start verilib
Azərbaycanın iki təmsilçisi yarımfinalda mübarizə aparır

Bakı, 19 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC

Mayın 19-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar və kişilər arasında fərdi yarışların yarımfinal mərhələsinə start verilib. AZƏRTAC xəbər verir ki, qadınların yarışında Azərbaycanın iki təmsilçisi yarımfinala vəsiqə uğrunda mübarizə aparır. Miao Vanq türkiyəli Mələk Huya qarşı, Zinq Ninq isə iranlı Nedə Şahsavari ilə üz-üzə gələcəklər.

Kişilərin yarımfinal görüşlərində Li Pinq (Qətər) ilə Daronk Alamiyan (İran), Ahmed Li (Türkiyə) ilə Derunk Alamiyan (İran) qarşılaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.