İDMAN
Stolüstü tennis üzrə fərdi yarışlarda yarımfinala iki qadın təmsilçimiz adlayıb
Bakı, 18 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC
Mayın 18-da “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar və kişilər arasında fərdi yarışlarının dörddəbir final mərhələsi başa çatıb və yarımfinalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil edən hər iki qadın idmançı yarımfinala yüksəlib. Təmsilçimiz Miao Vanq İran idmançısı Məriəm Səmeti, Zinq Ninq isə Fələstin millisinin üzvü Diana Əssini məğlub ediblər. Yarımfinala vəsiqə qazanan digər idmançılar isə türkiyəli Mələk Hu və iranlı Nedə Şahsavaridir.
Kişilərin yarışında isə dörddəbir finaldakı yeganə təmsilçimiz Xinhanq Yu uduzaraq mübarizəni davam etdirə bilməyib. Yarışda kişilərin mübarizəsində yarımfinala Deronk Alamiyan, Darunk Alamiyan (İran), Li Pinq (Qətər) və Ahmed Li (Türkiyə) vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə fərdi yarışlara mayın 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]