İDMAN


Stolüstü tennis üzrə kişilərin fərdi yarışının  finalında İran təmsilçiləri qarşılaşacaqlar

Bakı, 19 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC 

Mayın 19-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilər arasında fərdi yarışların yarımfinal mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk görüş Qətər təmsilçisi Li Pinq və iranlı Darunk Alamiyan arasında baş tutub. Final uğrunda gərgin mübarizədə 4:3 hesabı ilə İran təmsilçisi Darunk Alamiyan rəqibini üstələyərək finala vəsiqə qazanıb.

Növbəti görüşdə isə Türkiyə təmsilçisi Ahmed Li və iranlı Deronk Alamiyan qarşılaşıb. İran təmsilçisi Deronk Alamiyan 4:0 hesabı ilə rəqibini məğlub edib. Beləliklə, IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilər arasında fərdi yarışların final mərhələsində İran təmsilçiləri Darunk Alamiyan və Deronk Alamiyan “Bakı-2017”nin qızıl medalı uğrunda görüşə çıxacaqlar.

Stolüstü tennis yarışları “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.