REGİONLAR


Stolüstü tennis üzrə respublika çempionatının final mərhələsində 80 idmançı mübarizə aparır VİDEO

A+ A

Xaçmaz, 27 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Olimpiya İdman Kompleksində stolüstü tennis üzrə yeniyetmə və uşaqlar arasında respublika çempionatının final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən təşkil olunan yarışın final mərhələsində 80 idmançı medallar uğrunda mübarizə aparır.

İyulun 28-də başa çatacaq turnirdə yarışan komandalar Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şabran, Salyan və Qaxı təmsil edir.

Tennisçilər şəxsi, komanda, qoşa, qarışıq-qoşa növlərdə medallar uğrunda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.