İDMAN


Stolüstü tennisçilərimiz Avropa  çempionatının mükafatçıları sırasındadırlar

Bakı, 17 iyul, AZƏRTAC

Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan milli komandası Portuqaliyanın Qimaraes şəhərində keçirilən gənclərin Avropa çempionatında uğurla çıxış edib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, komandamız yer aldığı qrupda İspaniya, Belarus və Macarıstan yığmalarına qalib gələrək qrupun birincisi kimi növbəti mərhələyə yüksəlib.

Stolüstü tennisçilərimiz səkkizdəbir finala vəsiqə uğrunda görüşdə Norveç komandasını 3:0 hesabı ilə məğlub ediblər. Bu mərhələdə isə tennisçilərimiz Polşa yığmasını 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Çempionatda komanda yarışları davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.