İDMAN


Stolüstü tennisçilərimiz Avropa birinciliyində 4 medal qazanıblar

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr və gənclər arasında stolüstü tennis üzrə Avropa birinciliyi Azərbaycan millisi üçün uğurlu olub.

AZƏRTAC xəbər verir ki, millimiz gənclərin şəxsi yarışlarında gümüş, yeniyetmələrin şəxsi mübarizəsində isə bürünc medal qazanıb. Yeniyetmələrin qarışıq qoşa yarışlarında isə tennisçilərimiz üçüncü yeri tutublar.

Qırx altı ölkədən idmançıların iştirak etdiyi qitə birinciliyində yeniyetmə oğlanlardan ibarət Azərbaycan yığma komandası Avropa birinciliyində üçüncü yeri tutub. Komanda yarışlarında yeniyetmə qızlarımız 9-cu yeri, gənc qızlarımız isə 5-ci yerə sahib olublar.

Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticə əldə edən millimiz Vətənə 4 medalla qayıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.