İDMAN


Stolüstü tennisçimiz Avropa çempionu adını qazanıb

Bakı, 24 iyul, AZƏRTAC

Portuqaliyanın Guimaraes şəhərində keçirilən Avropa çempionatında iştirak edən stolüstü tennisçilərimiz yarışı üç medalla başa vurublar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildirilib ki, çempionatda 44 ölkədən 520 idmançı iştirak edib.

Gənc qızların şəxsi birinciliyində stolüstü tennisçimiz Ninq Cinq birinci yeri tutaraq qızıl medalın sahibi olub. Bu müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazanılan ən yüksək nəticədir. İdmançımızın qələbəsi şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Gənc qızlardan ibarət millimiz komanda yarışlarında üçüncü yeri tutaraq bürünc, qoşa yarışlarda isə gümüş medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.