İDMAN


Stolüstü tennisçimiz: Azərbaycanı layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm

Bakı, 17 may, AZƏRTAC 

Azərbaycanı artıq dördüncü dəfə təmsil etməyimə baxmayaraq, ilk dəfədir ki, Bakıda keçirilən genişmiqyaslı yarışa qatılmışam. Bu da mənim üçün daha böyük məsuliyyətdir.

Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar arasında yarışlarda Azərbaycanı təmsil edən Miao Vanq deyib.

Fərdi yarışlarda dörddəbir final mərhələsinə yüksələn idmançı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək bildirib:

“IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışda iştirak etmək mənim üçün böyük məsuliyyətdir. Rəqiblərim haqqında məlumatım var və çalışacağam ki, bütün gücümü ortaya qoyum və uğur qazanım. Yarışın növbəti mərhələsi mayın 18-də keçiriləcək. Azərbaycanı layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.