İDMAN
Stolüstü tennisçimiz Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub
Bakı, 29 noyabr, AZƏRTAC
Sankt-Peterburqda Nikolay Nikitinin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında açıq turnirdə Azərbaycan idmançısı ikinci yeri tutub.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, şəxsi formatda keçirilmiş yarışda Rusiya, Belarus, Qazaxıstan, Estoniya, Türkiyə, Ukrayna və Ermənistan idmançıları da mübarizə aparıblar.
Yığma komandamızın üzvü Zou Çuyi yarımfinalda rusiyalı güclü idmançı Yelizaveta Abramyanı 3:1 hesabı ilə məğlub edib. İdmançımız final qarşılaşmasında Rusiyanın daha bir təcrübəli tennisçisi Nataliya Malinina ilə üz-üzə gəlib. Birinci görüşdə 1:0 hesabı ilə qalib gələn tennisçimiz ayağından zədə aldığı üçün sonrakı oyunda tam qüvvəsi ilə mübarizə apara bilməyərək ikinci yerlə kifayətlənməli olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]