CƏMİYYƏT


Strasburqda “Birgə Fransız-Azərbaycan Universiteti” layihəsi müzakirə olunub

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndə heyəti Fransaya səfər edib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizdə təsis olunan Fransız-Azərbaycan Universitetinin (UFAZ) yaradılması prosesinin tamamlanmasıdır.

Səfər çərçivəsində nazir M.Cabbarov ilə Fransanın Strasburq Universitetinin prezidenti Alen Beretz arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının ali təhsil sisteminin inkişafını təmin etmək məqsədi daşıyan “Birgə Fransız-Azərbaycan Universiteti” layihəsi müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və dünyanın aparıcı ali məktəblərindən biri olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ-ın iki ölkə arasında əməkdaşlıq çərçivəsində təhsil imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.