REGİONLAR


Strateji Yol Xəritəsi: Hər bir regionda ticarət palatalarının yaradılması imkanları nəzərdən keçiriləcək

Bakı, 26 dekabr, AZƏRTAC

Hər bir regionda sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və onlara dəstək xidmətlərinin göstərilməsi üçün ticarət palatalarının yaradılması imkanları nəzərdən keçiriləcək. Ticarət palataları dövlətlə sahibkar arasında körpü rolunu oynayacaq və öz üzvlərinə beynəlxalq təcrübəyə uyğun olan xidmətlər göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə bildirilir.

Sahibkarların ticarət palatalarına inamını möhkəmləndirmək üçün müvafiq addımlar atılacaq, qabaqcıl ölkələrdə olduğu kimi, palatalara konsultativ statusun verilməsi məsələsi nəzərdən keçiriləcək. Bu, hazırlanan qanun layihələri ilə bağlı palatalarla məsləhətləşmələrin aparılmasına və dövlət orqanları yanında ictimai şuralarda ticarət palatalarının üzvlərinin iştirakına şərait yaradacaq. Yaradılacaq palataların əsas məqsədi, ilk növbədə, sahibkarların onlara inamının artırılmasından, ölkədə KOS subyektlərinin qarşılaşdığı əngəllərin aradan qaldırılmasından ibarət olacaq. Əsas hədəf kimi palatalara üzv olacaq şirkətlərin ixrac imkanlarının artırılması, bazarda zəif mövqeyə sahib şirkətlər üçün yeni ideyaların verilməsi, maliyyə vəsaitlərinə əlçatanlığın təmin olunması istiqamətləri müəyyənləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.