REGİONLAR


Strateji Yol Xəritəsi: İnnovasiyayönümlü regional klasterlər yaradılacaq

A+ A

Bakı, 9 yanvar, AZƏRTAC

Milli innovasiya siyasətini sistemli şəkildə qurmaq üçün innovasiya fəaliyyəti haqqında qanunun hazırlanması nəzərdən keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Bu çərçivədə Azərbaycan Respublikası ərazisində innovasiya infrastrukturunun əsas elementlərindən biri olan yüksək texnologiyalar parklarının yaradılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinə də baxılacaq. Həmçinin innovasiyayönümlü layihələrin həyata keçirilməsi və maliyyələşdirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilməklə, dünya təcrübəsində geniş yayılmış vençur kapital mərkəzlərinin yaradılması praktikasından istifadə ediləcək.

İnnovasiyaların tətbiqi imkanlarının artırılması məqsədilə iqtisadi cəhətdən daha uğurlu olacaq regional klaster modelləri müəyyənləşdiriləcək. Bundan sonra ən əlverişli modellər seçiləcək və innovasiya klasterlərinin ən uyğun regionlarda yaradılması üçün addımlar atılacaq. Klasterlər universitetlərin tərkibində fəaliyyət göstərən texnoparklar və ya elmi-tədqiqat institutları, habelə kiçik və orta sahibkarlıq subyektləri ilə yaxından əməkdaşlıq şəraitində yaradılacaq. Regional innovasiya klasteri nəzdində biznes inkubatorları yaradılacaq, bu inkubatorlarda ərazi üzrə hər hansı ixtiranın müəllifi olan şəxslər və ya innovasiyayönümlü startaplar müəyyənləşdiriləcək və onların maliyyələşdirilməsinə dəstək veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.